Trampın tərəfdarları və rəqibləri dalaşdılar - – VİDEO
Bizi izləyin

Dünya

Trampın tərəfdarları və rəqibləri dalaşdılar - – VİDEO

Sosial şəbəkədə ABŞ prezidenti Donald Trampın tərəfdarları ilə rəqibləri arasında davanın videosu çıxıb.

Publika.az “Los Angeles Times” nəşrinə istinadən xəbər verir ki, toqquşma Kaliforniya ştatının Hantinqton-Biç şəhərində Amerika prezidenti tərəfdarlarının nümayişi zamanı baş verib.

"Los Angeles Times"ın məlumatına görə, 200-dən çox insan ABŞ prezidentini dəstəkləmək üçün aksiya keçirib.

Nümayiş zamanı naməlum şəxs nümayişin təşkilatçılardan biri olan qadının gözünə bibər qazı vurub. Dava məhz bundan sonra başlayıb.

Toqquşma nəticəsində iki nəfər zərər çəkib. Polis insanları ərazidən uzaqlaşdırdıqdan sonra ara sakitləşib. Altı nəfər həbs edilib. Nəşrin yazdığına görə, onların hamısı ABŞ prezidentinin rəqibləridir.

Qeyd edək ki, bu, Trampın tərəfdarları və rəqiblərinin arasında ilk toqquşma deyil. Müxtəlif toqquşmalar ABŞ prezidentinin inaqurasiyasından sonra tez-tez müşahidə olunur.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm