Şahzadəyə sui-qəsd təşkil edildi - Helikopteri partladılacaqdı
Bizi izləyin

Dünya

Şahzadəyə sui-qəsd təşkil edildi - Helikopteri partladılacaqdı

Pilotun peşəkarlığı qəzanın qarşısını alıb.

Son günlərdə rəqsi ilə gündəmi silkələyən İngiltərə şahzadəsi Uilyama sui-qəsd hazırlanıb.

Publika.az Daily Mail-ə istinadən xəbər verir ki, şahzadənin şəxsi helikopteri pilotsuz uçuş aparatı ilə toqquşmaqdan son anda xilas olub.

Polis hadisəni sui-qəsd cəhdi kimi xarakterizə edərək istintaq başladıb.

Hadisə zamanı yerdən təxminən 600 metr yüksəklikdə olan vertolyotla pilotsuz uçuş aparatının qarşı-qarşıya gəldiyi olayda pilotun peşəkarlığı qəzanın qarşısını alıb.

Vertolyot dəhşətli qəzadan yarım dəqiqəlik fərqlə xilas olub.

Şahzadə Uilyam vertolyotda olmasa da, yaşananların şahzadəyə qarşı bir sui-qəsd cəhdi ola biləcəyi ehtimal olunur.

Mütəxəssislər pilotsuz uçuş aparatının yüksək partladıcı gücə malik olduğunu və belə bir qəzada bütün ekipajın həlak olacağını bildiriblər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm