Tillerson Ankaraya gəldi
Bizi izləyin

Dünya

Tillerson Ankaraya gəldi

ABŞ-ın dövlət katibi Reks Tillerson Ankaraya gəlib.

ABŞ-ın dövlət katibi Reks Tillerson Ankaraya gəlib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, dövlət katibinin ilk görüşü yerli vaxtla saat 11:00-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla olacaq.

Tillerson daha sonra həmkarı Mövlüd Çavuşoğlu ilə görüşəcək. Görüşdən sonra birgə mətbuat konfransı təşkil edəcək.

Keçmiş prezident Barak Obama administrasiyasının son dövründə pozulan ABŞ-Türkiyə əlaqələri tarixinin ən pis dövrlərindən birini yaşayır. Tillersonun səfəri iki ölkə münasibətlərindəki bir çox məsələlərə aydınlıq gətirəcək. Tillersonun Türkiyə səfərinə ABŞ-ın YPG terror təşkilatına silah yardımından FETÖ lideri Fətullah Gülənin ekstradisiyasına qədər bir çox mövzunun müzakirə ediləcəyi gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm