Dünya
İngilislər öz pullarına hörmətsizlik etdilər
İngiltərə bankının 5 funtluq əsginasının üstündəki qramatik səhv narazılığa səbəb olub.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əsginasın üstündə ölkənin baş naziri olmuş əfsanəvi siyasətçi Uinston Çörçilin sitatındakı durğu işarələri səhvi çaşqınlıq yaradır.
Onun “Mən sizə qandan, əməkdən, göz yaşından və tərdən başqa heç nə təklif edə bilməyəcəm” (I have nothing to offer but blood, toil, tears and sweat) deyimində iki nöqtə və dırnaq işarələri düşməyib. Ona görə də bu deyimin sanki Çörçil deyil, pulun özü tərəfindən deyilməsi kimi oxunur. İctimaiyyət bu səhvi lağa qoyub deyir ki, elə həqiqətən də kasıb təbəqə o pulu qazanmaq üçün, qanını, tərini, əməyini, göz yaşını axıdır.
İngiltərə bankı hələlik şərh verməyib.
Qeyd edək ki, yeni plastik 5 funtluq buna qədər də qalmaqal yaratmışdı. Heyvan haqlarını müdafiə edənlər əsginasda donuz yağının olmasını müəyyənləşdirmişdilər. Bank bu səhvini qəbul etmiş və düzəldəcəyinə söz vermişdi.
Şəfiqə ŞƏFA
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq