“Münaqişə Azərbaycanın xeyrinə həll ediləcək” – Petrosyanın məsləhətçisindən şok iddialar
Bizi izləyin

Dünya

“Münaqişə Azərbaycanın xeyrinə həll ediləcək” – Petrosyanın məsləhətçisindən şok iddialar

“Münaqişə Azərbaycanın xeyrinə həll edəcək” – Petrosyanın məsləhətçisindən şok iddialar

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 1991-1997-ci illərdə məsləhətçisi və xüsusi tapşırıqlar üzrə səfiri olmuş Jirayr Liparityan erməni mətbuatına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışıb.

Publika.az – ın verdiyi xəbərə görə, Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin münaqişənin həlli ilə bağlı açıqladığı son həll variantını da şərh edib.

Levon Ter-Petrosyanın keçmiş məsləhətçisi amerikalı həmsədrin irəli sürdüyü altı prinsipi 1997-ci ildə təklif olunan sənədlə müqayisə edib. Liparityan 1997-ci il sənədini Ermənistan üçün daha münasib hesab edib. O, iddia edir ki, həmin sənədə əsasən Laçın tamamilə ermənilərə qalırdı: “İkincisi, qalan ərazilər tərksilah edilməli idi. Yəni, qaçqınlar qayıda bilərdilər, amma Azərbaycan ordusu, ağır zirehli texnika deyil. Eyni zamanda sülhməramlılardan başqa müşahidəçilər olmalı idi. Uorlikin bəyanatında bu yoxdur. 1997-ci il sənədində həmçinin, yeni aralıq status söhbəti yox idi. Yəni, Dağlıq Qarabağın və Laçının o zamankı statusu yekun statusun danışıqlarla müəyyən edilməsinədək dəyişməz qalırdı. Bu isə çox mühüm dəlildir ki, biz 1997-ci ildən bu günədək hansı yolu keçmişik, hansı durumdayıq və 10 ildən sonra harada ola bilərik”.

1997-ci il sənədinin sonda Ermənistan tərəfindən rədd edildiyini deyən tarixçi professor qeyd edib ki, Levon Ter-Petrosyan gələcək danışıqlar üçün onu əsas kimi qəbul etmək istəyirdi: “Hesab etmək olar ki, 1997-ci il sənədinin şərtləri indi təklif olunan prinsiplərlə müqayisədə bizim üçün daha əlverişli idi. Fərqi yoxdur, biz həmin sənədi qəbul etdik, ya yox. Amma həmin sənədə görə ki, Levon Ter-Petrosyanı istefaya ərizəsi yazmağa məcbur etdilər”.

Onun fikrincə, Uorlikin bəyanatı sadəcə olaraq bir təşəbbüs deyil, həm də faktiki olaraq xatırlatmadır. J.Liparityan hesab edir ki, münaqişə birbaşa danışıqlar vasitəsilə həll edilməsə, bunu başqaları edəcək. O, bu “başqa”nın Rusiya olmasının daha çox ehtimal edildiyini və Moskvanın problemi Azərbaycanın xeyrinə həll edəcəyini deyib: “Problemi sonda biz həll etməliyik. Bu bizim problemimizdir, ya başqalarının? Niyə biz istəyirik ki, problemi başqaları həll etsin? Mən bu sözləri Bakıda da söylədim. Sanki bu Rusiyanın və ya Amerikanın problemidir”.

J.Liparityan ötən illəri Ermənistan və Qarabağ üçün itirilmiş illər kimi xarakterizə edib: “Mənim üçün 1997-ci ildən sonra bütün illər itirilib. Deyirik ki, biz torpaqları tutmuşuq, amma görürük ki, iqtisadiyyatımız dayanıb. Bir addım irəli, beş addım geri gedirik. Həllin olmaması ona gətirib çıxarıb ki, bizim ölkəmiz hər şeydə geri qalacaq, iqtisadiyyat dağıdılacaq, vergi bazası məhv ediləcək, emiqrasiyaya görə ordu zərər çəkəcək. Bir halda ki, mühacirlərin əksəriyyəti cavan insanlardır. Bizdə bir çoxları düşündülər ki, Qarabağ məsələsi əhəmiyyətsiz məsələdir, Qarabağ məsələsinin həlli olmadan düz yola çıxa bilərik. Amma bunu edə bilmirik, ölkəmiz bir neçə səviyyədə böhrandadır. Hesab edirəm ki, gələcəyimizin açarı qonşularımızla problemlərin həllindədir. Biz bir əsas suala cavab verməliyik: Gələcəyimiz naminə qonşularımızla problemlərin həlli bizə lazımdırmı? Biz elə hərəkət edirik ki, sanki regionda qonağıq və vasitəçilərin bizə qəhvəni gətirəcəyini gözləyirik”.

“Levon Ter-Petrosyav 1997-ci sentyabr sənədini ən yaxşı sənəd adlandırdı və bildirdi ki, hərəkət etmək üçün ən yaxşı vaxtdır. Bu sənəd qəbul etmədilər və artıq 16 il keçib. Guya irəli getmişik, amma əslində ölkə uduzur. İqtisadiyyatda vəziyyət hər gün pisləşir, ordu haqqında danışmaq istəmirəm. Sanki biz kor olmuşuq, təhlil etmirik ki, haradan hara gedirik”, - sonda Levon Ter-Petrosyanın sabiq məsləhətçisi deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm