• USD 1,7017 0,00% EUR 1,9590 -0,21%
    • GBP 2,2160 -0,07% RUB 0,0288 0,00%

“Bunu Trampın üzünə dedim” - Ərdoğan Vaşinqtonu Rusiya ilə TƏHDİD ETDİ

  • Dünya
  • 18 May 2017 11:51
  • 870 Baxış
“Bunu Trampın üzünə dedim” - Ərdoğan Vaşinqtonu Rusiya ilə TƏHDİD ETDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşdən sonra Türkiyənin Vaşinqtondakı səfirliyinin binasında jurnalistlərin suallarını cavablandırıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan görüşün ən kritik məsələləri olan Suriya və PYD/YPG terror təşkilatı ilə əlaqədar açıqlamalar verib.

“ABŞ Rakka mövzusunda qərarını artıq verib. Bizim də özlərinə söylədiyimiz budur: Mövcud vəziyyətdə qəti şəkildə sizinlə birlikdə ola bilmərik, Rakkada terror təşkilatı ilə iş birliyinizi düzgün qəbul etmirik. Özlərinə də açıq şəkildə bildirdik ki, YPG və PYD Türkiyəyə qarşı hansı hücum edərsə, heç kimə soruşmadan vurulacaq. Heç kəsdən soruşmadan hərəkət edəcəyik. Biz bunu Cerablusda etdik, Əl-Babda da etdik. Türkiyə nə edə biləcəyini nümayiş etdirdi. “Terror təşkilatlarını bir kənara qoyun, gəlin terrorla mübarizəni birlikdə aparaq”, - dedim. Təəssüf ki, buna yanaşmadılar”, - Türkiyə prezidenti bildirib.

Ərdoğanın sözlərinə görə, Rakkanın İŞİD-dən azad edilməsində YPG-dən istifadə etmək kürdlərlə yerli xalq olan ərəbləri biri-biri ilə vuruşdurmaq deməkdir. O qeyd edib ki, ABŞ müttəfiqlik öhdəliklərini yerinə yetirməsə, Türkiyə milli təhlükəsizliyi və maraqları üçün lazım olan bütün addımları atacaq.

“Bizim mövqeyimiz dəqiqdir. O dəhlizdə (Suriyanın şimalında – Türkiyənin cənubinda ABŞ-ın planlaşdırdığı “kürd dəhlizi”ndən söhbət gedir – red.) ölkəmizə qarşı bir təhdid olarsa, buna icazə verə bilmərik. Sözlər yerinə yetirilməsə, başımızın çarəsinə baxarıq. Səlahiyyətli biriləri ilə danışaraq (Rusiyanı nəzərdə tutduğu ehtimal olunur. Ərdoğan ABŞ-a səfərindən iki həftə əvvəl Rusiya prezident Vladimir Putinlə görüşüb –red.) lazımı addımlar atacağıq. Amma nələr olacağını indidən söyləmək doğru olmaz”, - Ərdoğan bildirib.

Türkiyə prezidenti bildirib ki, ABŞ ilə ikitərəfli əlaqələri daha da inkişaf etdirməkdə qərarlıdırlar: “Mən Suriya mövzusunda da qapımızı döyəcəklərinə inanıram. Hazırda Rakka mühasirədədir. Nələrin baş verəcəyini gözləyəcəyik. Amma Türkiyə mütləq meydanda olacaq. Suriyada da, İraqda da”.

Rusiya prezidenti Vladimir Putinin Moskvanın Suriya kürdləri ilə işgüzar səviyyədə əlaqələri davam edəcəyini söyləməsinə gəlincə, Türkiyə prezidenti vurğulayıb ki, məsələ kürdlərlə işləmək deyil, əhəmiyyətli olan terror təşkilatı ilə əlaqələr qurmamaqdır.

“Həmsöhbətlərimizə “bunlara silah verirsiniz. Əlimizdə sənədlər var. Raketlərin fotoları var” deyirik. Qəbul etmirlər. Biz də bunları qarşısına qoymağa davam edəcəyik”, - Ərdoğan söyləyib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR