ABŞ-ın Suriyada İran ziddiyyəti: Dostdurmu, düşməndirmi?..
Bizi izləyin

Dünya

ABŞ-ın Suriyada İran ziddiyyəti: Dostdurmu, düşməndirmi?..

İranın İraqın içindən keçərək Mayın, Deyrizor, Palmira, Dəməşq xətti üzərindən Lazkiyeye çatan bir şiə dəhlizi açmaq məqsədi uzun zamandır ABŞ-ın radarındadır. ABŞ dəstək verdiyi qüvvələr Rakkaya gedərkən, İranın dəstklədiyi şiə qrupları neftlə zəngin olan Deyrizor-Ebu Kamal xətti istiqamətində hərəkətə keçib. İranın Aralıq dənizə açılma layihəsinə qarşı çıxan ABŞ Tehranın İŞİD-i hədəf almasından məmnun görünür.

ABŞ rəhbərliyindəki İŞİD əleyhinə koalisiya sözçüsü polkovnik Ryan Dillon İranın dəstəklədiyi şiə döyüşçülərin Fərat çayı vadisinə doğru irəliləməsinə münasibət bildirib. O deyib ki, koalisiya olaraq hədəfləri İŞİDİ-i yox etməkdi. Başqaları da bu hədəf üçün vuruşacaq və qalib gələcəksə, bundan son dərəcə məmnun olarlar:

"Yetər ki, bu səylər bizim səylərimizlə uyğun gəlsin".

"Amerika ordusunun İŞİD-lə müharibə məsələsində Əsəd rejimi, ya da şiə qruplarla yeni iş birliyi qurma siyasəti varmı" sualına isə Dillon, "Rakka təslim olduqdan sonra prosesin hansı istiqamətdə irəliləyəcəyini indidən bilmək olmur" cavabını verib.

ABŞ-ın İŞİD əleyhinə koalisiya üzrə xüsusi nümayəndəsi Brett Makgurk iki gün əvvəl İsraildə iştirak etdiyi konfransında İranın Suriyadakı siyasi əməllərinin qarşısının alınmasının lazım olduğuna diqqət çəkmişdi. İranın İordaniya və İsrail sərhədlərinə döyüşçü qrupları yerləşdirərək koalisiyanın İŞİD-ə qarşı nailiyyətlərini təhlükəyə atdığını müdafiə edən Makgurk, "İŞİD təmizləndikdən sonra bütün xarici güclərin o bölgələri yerli qüvvələrə təhvil verməsi lazımdır. Bütün xarici qüvvələr Suriyanı tərk edəcək. Nöqtə!" - demişdi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm