Nigeriyada silsilə partlayışlar - 16 ölü, 13 yaralı
Bizi izləyin

Dünya

Nigeriyada silsilə partlayışlar - 16 ölü, 13 yaralı

Nigeriyanın Borno ştatında törədilmiş silsilə partlayışlar nəticəsində 16 nəfər ölüb, 13 nəfər yaralanıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib.

Məlumata əsasən, hədəflər arasında Borno ştatının inzibati mərkəzi Mayduquri şəhərinin universiteti olub.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Partlayışların “Boko Haram” terror qruplaşması tərəfindən hazırlandığı ehtimal edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm