İranın MAQATE ilə növbəti danışıqlara başlayır
Bizi izləyin

Dünya

İranın MAQATE ilə növbəti danışıqlara başlayır

İranın MAQATE ilə növbəti ekspert danışıqları çərşənbə axşamı Tehranda keçiriləcək. Bu barədə İranın atom enerjisi üzrə Təşkilatın (İAET) nümayəndəsi Behruz Kamalvandi bazar günü bildirib.

İranın MAQATE ilə növbəti ekspert danışıqları çərşənbə axşamı Tehranda keçiriləcək. Bu barədə İranın atom enerjisi üzrə Təşkilatın (İAET) nümayəndəsi Behruz Kamalvandi bazar günü bildirib.

Onun sözlərinə görə, MAQATE-nin nümayəndə heyətinə təşkilatın baş direktorunun müavini Tero Varyoranta rəhbərlik edəcək.

"Ekspert danışıqları bir gün davam edəcək, bu müddət ərzində biz İran MAQATE ilə əməkdaşlığın genişləndirilməsi üzrə görülmüş tədbirləri yekunlaşdıracayıq", - Kamalvandi deyib.

2013-cü ilin noyabrında Cenevrədə İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində ABŞ və Aİ-nin İrana qarşı sanksiyaların qismən dayandırılması barədə razılaşma əldə olunub.

Bu razılaşma 2014-cu il yanvarın 20-də qüvvəyə minib və altı ay fəaliyyət göstərir. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm