Ermənistanda etiraz aksiyaları başlandı, YOLLAR BAĞLANDI
Bizi izləyin

Dünya

Ermənistanda etiraz aksiyaları başlandı, YOLLAR BAĞLANDI

Ermənistanın Lori bölgəsinin Ardvi kəndinin sakinləri etiraz aksiyası keçiriblər.

Publika.az
Ermənistan mediasına istinadən xəbər verir ki, aksiyaya səbəb sakinlərin qızıl mədənlərinin istismarına etiraz etməsidir.

Etirazçılar kəndə gedən avtomobil yolunu kəsib. Onlar Ardvi kəndində qızıl mədənlərinin istismarı ilə bağlı planlaşdırılan ictimai müzakirələrə qarşı olduqlarını və müzakirə iştirakçılarına kəndə girməyə icazə verməyəcəklərini açıqlayıblar.

Ekoloqlar, “Yelk” blokundan olan deputatlar və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri gəlsələr də, sakinlər onlara kəndə daxil olmağa icazə verməyib. Polis etirazçılara dağılışmaq əmri etsə də, sakinlər geri çəkilməyib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm