Dünya
“Rusiya döyüşçüləri Ukraynanın digər regionlarına...” - Putindən TƏHDİD
“Ukraynaya ölümcül silahların çatdırılması ABŞ-ın suveren qərarıdır, Rusiya bu qərara təsir edə bilmir”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinin Syamen şəhərində BRİKS sammitinin nəticəsinə görə keçirilən mətbuat konfransında bildirib.
Eyni zamanda, dövət başçısı qeyd edib ki, Ukraynaya silah çatdırılması haqqında qərarın qəbul olunması problemin nizama salınmasına kömək etməyəcək, əksinə vəziyyəti daha da ağırlaşdıracaq.
“Biz bu prosesə təsir etməyi bacarmırıq, amma ümumi beynəlxalq qaydalar və yanaşmalar var. Münaqişə zonasına silahın çatdırılması vəziyyəti yalnız ağırlaşdırır”, - Putin söyləyib.
Putin həmçinin Ukraynanın “başqa regionlarını” hücumla hədələyib:
“ABŞ Ukraynaya silah çatdırarsa, onda Rusiya döyüşçüləri Ukraynanın başqa regionlarına öz silahını göndərə bilərlər”.
Rusiya prezidenti bildirib ki, Ukraynanın Donbas bölgəsində ATƏT-in missiyasının təhlükəsizliyini təmin edəcək sülhməramlıların yerləşdirilməsi ideyasını dəstəkləyir.
Putin bildirib ki, Rusiya Donbasda təmas xəttində BMT sülhməramlılarının yerləşdirilməsi haqqında qətnaməni BMT Təhlükəsizlik Şurasına təqdim edəcək.
Ömər Dağlı
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?
-
Hadisə11:10Hövsanda mağazanın tavanı çökdü, xəsarət alan var - VİDEO
-
ABŞ10:05Maskın atası: "Zelenski Prezident deyil!"
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir











.jpg)









.jpg)
















