Dünya
Şimali Koreyanın hidrogen bombasının gücü açıqlandı
Yaponiya Müdafiə Nazirliyi Koreya Xalq Demokratik Respublikasının (KXDR) həyata keçirdiyi hidrogen bombasının nüvə yükünün gücü haqqında məlumatları dəyişdirib.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Yaponiyanın müdafiə naziri İsunori Onodera NHK televiziya şirkətinə bildirib.
“Nüvə Sınaqlarının Hərtərəfli Qadağası haqqında Müqavilə üzrə Təşkilatın qiymətləndirməsinə görə, hidrogen yükünün sınağı zamanı yeraltı təkanların maqnitudu 6,1 olub. Bu məlumatlar əsasında təkrar qiymətləndirmə aparsaq, onda nüvə yükünün gücü 160 kilotona bərabər olacaq. Bu əvvəlki sınaqların göstəricilərindən daha çoxdur”, - televiziya şirkəti nazirin sözlərini sitat gətirib.
Onodera bildirib ki, bu, 1945-ci ildə Xirosimaya atılmış atom bombasının gücündən 10 dəfə çoxdur. 72 il əvvəl atılan bombanın gücü 15 kiloton təşkil edirdi.
Nüvə Sınaqlarının Hərtərəfli Qadağası haqqında Müqavilə üzrə Təşkilatın ilkin açıqlamasında partlayış nəticəsində yeraltı təkanların maqnitudu 5,8 qiymətləndirilirdi. Yaponiya Müdafiə Nazirliyi bu qiymətləndirməyə əsasən nüvə yükünün gücünün 70 kiloton təşkil etdiyini açıqlayıb.
Xatırladaq ki, KXDR sentyabrın 3-də hidrogen yükünün müvəffəqiyyətli sınağı haqqında bəyanat verib. Yük qitələrarası ballistik raketlərin təchizatı üçün nəzərdə tutulub. Bu, Şimali Koreyanın altıncı nüvə sınağıdır.
Ömər Dağlı
-
Hadisə21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO











.jpg)




.jpg)


















