Dünya
ABŞ-ın dünya hökmranlığı başa çatdı: Rusiyadan cavab VARİANTLARI
Rusiyanın ABŞ-dakı diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlərə cavab üçün Moskvada bir çox variant var.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı keçmiş səfiri Sergey Kislyak bildirib.
Diplomatın fikrincə, cavab variantlarının tətbiqindən əvvəl yaranmış vəziyyətə dəqiq baxmaq lazımdır.
“Əminəm ki, öz addımlarımızı sakitcə müəyyən edəcəyik və hansısa cavab hərəkətlərinə təşəbbüs edəcəyik. Bunun üçün variantlar çoxdur”, - diplomat deyib.
Kislyak qeyd edib ki, San-Fransiskoda baş konsulluğun bağlanması praktik nəticəyə malikdir:
“İndi yüz minlərlə Rusiya vətəndaşı ABŞ-ın Qərb sahilində yaşayır və işləyir. Onlar Rusiya dövlətinin nümayəndələri ilə rahat əlaqə imkanını itirirlər. Ağır vəziyyətə düşən vətəndaşlarımız səfirlik və konsulluqlara müraciət edirlər. Amerikalıların indi etdikləri Rusiya vətəndaşlarının maraqlarına və bizim diplomatik institutlarımıza zərbədir”.
Moskva və Vaşinqtonun əməkdaşlıq üçün perspektivlərə malik olduğunu deyən diplomat həmçinin vurğulayıb ki, ABŞ daha mütləq hökmranlıq üçün imkanlara malik deyil.
“Ancaq Amerikanın siyasi isteblişmenti hələ bunu anlamayıb və əvvəlki kimi hərəkət etməkdə davam edir. Dünyada ABŞ-ın syasətini müəyyən edən dərin amillər var. Bu amillərdən biri odur ki, amerikalılar ABŞ-ın xüsusi ölkə olduğuna əmindirlər. Prezident seçkiləri zamanı da demokratlar və respublikaçıların mövqeyi bu məsələdə uyğun gəlirdi. Düşünürəm ki, indi dünyada baş verənlər ABŞ-ın yeni situasiyaya çətin uyğunlaşmasının nəticəsidir. Müasir dünyada ABŞ-ın mütləq hökmranlıq üçün imkanları artıq yoxdur. Onlar yeni dövrə öyrəşməlidir. Bu isə çətin və uzunmüddətli olacaq. Amma hər halda, bu, obyektiv reallıqdır: dünya dəyişir”, - sabiq səfir hesab edir.
Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Məhdudiyyətlərə əsasən San-Fransiskodakı Rusiya Baş Konsulluğu, eləcə də Vaşinqton və Nyu Yorkdakı konsulluq obyektləri bağlanıb.
Dövlət Administrasiyası bunu Rusiyada ABŞ-ın diplomatik missiyanın işçilərinin ixtisarı ilə izah əsaslandırıb
Ömər Dağlı
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?
-
Hadisə11:10Hövsanda mağazanın tavanı çökdü, xəsarət alan var - VİDEO
-
ABŞ10:05Maskın atası: "Zelenski Prezident deyil!"
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir











.jpg)









.jpg)
















