Dünya
Avropaya qanlı hücumlar hazırlanır - Qisas MÜHARİBƏSİ
İŞİD terror qruplaşmasının lideri Əbubəkd əl-Bağdadi aldığı məğlubiyyətlərə qisas olaraq Böyük Britaniya və başqa Avropa ölkələrinə qarşı terror hücumlarının yeni dalğasını hazırlayır.
Publika.az xəbər verir ki, bu haqda Şimali İraq kürd muxtariyyətinin anti-terror güclərinin yüksək vəzifəli nümayəndəsi Lahur Tələbaniyə istinadən “Teleqraf” qəzeti yazıb.
Tələbaninin sözlərinə görə, əl-Bağdadi sağdır və mümkündür ki, Suriya və İraq sərhədi arasında yerləşən səhrada gizlənir. O qeyd edib ki, İŞİD lideri ardıcıl məğlubiyyətlərlə üzləşən döyüşçülərin mənəvi ruhunu qaldırmaq üçün Qərbə qarşı hücumların yeni dalğasına başlamağa çalışır.
“Bunun üçün əl-Bağdadi və onun ətrafı Avropa ölkələrində daha hiyləgər hücumların təşkili ilə məşğul olur. İŞİD rəhbərliyi nümayiş etdirmək istəyir ki, qruplaşma hələ də Qərbə qarşı müharibə aparmağa qadirdi”, - o bildirib.
Anti-terror güclərinin yüksək vəzifəli nümayəndəsi bildirib ki, İŞİD İraq və Suriyada xeyli torpaq itirsə də, bu, İŞİD-in sonu deyil. Tələbani bildirib ki, ölkədə radikal siyasi islahatlar həyata keçirilməsə, İraqda terror qruplaşmalarının yeni nəsli yarana bilər.
Hazırda Londonda səfərdə olan Tələbani Britaniyanın müdafiə naziri Maykl Fellon və başqa məmurlarla görüşəcək.
Ömər Dağlı
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi


































