Dünya
Amerika vertolyotu İŞİD-in səhra komandirlərini... - Rusiyadan ŞOK İDDİA
ABŞ Hərbi Hava Qüvvələri avqustda İŞİD terror qruplaşmasının 20-dən çox döyüşçüsünü Deyr-ez-Zor şəhərindən təxliyyə edib.
Publika.az xəbər verir ki, bu haqda hərbi-diplomatik mənbə “RİA-Novosti” agentliyinə danışıb.
Onların arasında İŞİD-in səhra komandirləri də var. Agentliyin həmsöhbəti qeyd edib ki, Vaşinqton İŞİD döyüşçülərinin “başqa istiqamətlərdə” təxliyyəsi təcrübəsindən istifadə etməyi planlaşdırır.
“Xüsusi halda, avqustun 26-da Deyr-ez-Zorun şimali-qərbində yerləşən Treyf yaşayış məntəqəsindən gecə vaxtı ABŞ Hərbi Hava Qüvvələrinin vertolyotu İŞİD-in Avropa mənşəli iki səhra komandirini ailə üzvləri ilə birlikdə çıxarıb”, - o deyib.
Həmçinin avqustun 28-də Deyr-ez-Zordan cənubi-şərqdə yerləşən Albu-Leyl rayonundan Amerika vertolyotları təxminən 20 səhra komandiri və onların ətrafını Suriyanın şimalına aparıblar.
Onun sözlərinə görə, İŞİD-in Deyr-ez-Zorda Suriyanın hökumət qoşunları tərəfindən dağıdılması fonunda bölgəyə “beynəlxalq koalisiyanın”, xüsusilə ABŞ-ın xüsusi xidmət orqanlarının cəlb olunmasının yeni sübutları ortaya çıxır. Hərbi diplomatik mənbə bildirib ki, əsir götürülən İŞİD döyüşçüləri dindirmələr zamanı ABŞ xüsusi xidmət orqanları tərəfindən göstərilən dəstəyin çoxsaylı faktlarından danışırlar.
Agentliyin həmsöhbətinin sözlərinə görə, avqust təxliyyəsi birinci deyildi. O bildirib ki, bu ilin mayında oxşar tərzdə Amerika vertolyotu Deyr-ez-Zor əyalətinin Kyasra rayonundan səhra komandirləri və Avropa mənşəli muzdluları təxliyyə edib. İyun və iyul aylarında döyüşçülərin analoji təxliyyələri Rakka əyalətində qeydə alınıb.
Ömər Dağlı
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?
-
Hadisə11:10Hövsanda mağazanın tavanı çökdü, xəsarət alan var - VİDEO
-
ABŞ10:05Maskın atası: "Zelenski Prezident deyil!"
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir











.jpg)









.jpg)
















