Dünya
İspaniyada vətəndaş müharibəsi başlayır? - Hərbi müdaxilə variantı MASADA
Kataloniya parlamentinin sentyabrın 6-da qəbul etdiyi qərar ölkəni vətəndaş müharibəsi həddinə gətirib.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, İspaniya hökumətindən yüksək vəzifəli bir səlahiyyətli referendumun keçirilməməsi üçün bütün vasitələrdən istifadə olunacağını deyib.
O vurğulayıb ki, muxtar qurumların səlahiyyətlərini donduran və mərkəzi hökumətə keçməsini təmin edən Konstitusiyanın 155-ci maddəsinin Katalonya üçün də tətbiq olunması mümkün variantlardan biridir. Hökumət rəsmisi hərbi müdaxiləni də son variant kimi istisna etmədiyini söyləyib.
Qeyd edək ki, sentyabrın 6-da Kataloniya parlamenti müstəqillik haqda referendumun keçirilməsi barədə rəsmi qərar qəbul edib. Oktyabrın 1-də keçirilməsi planlaşdırılan referendum baş tutarsa və insanların əksəriyyəti müstəqilliyin lehinə səs verərsə yerli qanunvericiliyə əsasən Kataloniya 48 saat ərzində müstəqilliyini elan edəcək.
İspaniya hökuməti isə bu qərarı pisləyib və onu qanunsuz adlandırıb. İspaniyanın Baş naziri Mariano Raxoy keçirdiyi mətbuat konfransında bildirib ki, bu referendum baş tutmayacaq.
“Heç kim İspaniyanın ərazi bütövlüyünü poza bilməz”, - o deyib.
Ömər Dağlı
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?
-
Hadisə11:10Hövsanda mağazanın tavanı çökdü, xəsarət alan var - VİDEO
-
ABŞ10:05Maskın atası: "Zelenski Prezident deyil!"
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir











.jpg)









.jpg)
















