Dünya
London metrosunda partlayışa görə bir nəfər saxlanıldı - (YENİLƏNDİ)
Londonmetrosunda baş verən partlayışla bağlı 1 nəfər saxlanılıb.
Publika.az xəbər verir ki, hadisə ilə əlaqəsi olduğu güman edilən 18 yaşlı bir gənc polis tərəfindən saxlanılıb.
***
İŞİD terror qruplaşması London metrosundakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
***
London metrosunda baş verən partlayış nəticəsində yaralananların sayı 29 nəfərə çatıb.
***
London metrosunda baş verən partlayışın səbəbi məlum olub.
Publika.az xəbər verir ki, hadisə yerində araşdırma aparan polis partlayışın terror hücumu olduğunu bildirib.
Partlayış metro qatarının sonuncu vaqonunda bir qutuda meydana gəlib.
İngiltərənın Baş naziri Tereza Meyin hadisə ilə bağlı təfərrüatları addım-addım izlədiyi açıqlanıb. Şəhərin bələdiyyə sədri Sadiq Xan hadisənin terror olması ilə bağlı versiyalara cavab verib. O, İngiltərəni heç bir terror hücumunun yıxa bilməyəcəyini deyib.
***
London metrosunda baş verən partlayış zamanı çoxlu sayda insan müxtəlif yanıq xəsarətləri alıb.
Publika.az “Daily Mail”-ə istinadən xəbər verir ki, hadisə zamanı ən az 20 nəfər yaralanıb.
***
The Sun” nəşrinin yazdığına görə, partlayıcı qurğu “Parsons Green” stansiyasında plastik vedrənin içinə qoyulmuşdu.
“Daily Mail” nəşri isə polisin London metrosunda ikinci partlayıcı qurğunu tapdığını bildirib. Qurğu artıq zərərsizləşdirilib. Bundan başqa, “Tabloid” nəşri polisin bir bıçaqlı kişini təqib etdiyini xəbər verib.
***
İngiltərənin paytaxtı Londonda metroda partlayış baş verib.
Publika.az xəbər verir ki, bu haqda “The Sun” qəzeti yazıb.
Hadisə yerindən gələn ilk məlumatlara görə, çoxlu sayda yaralı var. Partlayış "Parsons Green" stansiyasında baş verib.
Hadisənin terror hücumu olub-olmadığı məlum deyil.
“The Sun”un yazdığına görə, bəzi sərnişinlər yanıq xəsarətləri alıblar. Həlak olanlıar haqqında məlumat yoxdur. Fövqəladə hadisə yerində həkimlər və polislər işləyirlər.
Şahidlərin sözlərinə görə, vaqonda qapının yanında olan paket partlayıb.
Stansiyada partlayışdan sonra təlaş yaranıb. İnsanlar qışqıraraq metrodan qaçmağa başlayıblar. Qatarların hərəkəti dayandırılıb.
Ömər
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq