ABŞ-dan Şimali Koreyaya yeni maliyyə sanksiyaları
Bizi izləyin

Dünya

ABŞ-dan Şimali Koreyaya yeni maliyyə sanksiyaları

ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda Yaponiyanın baş naziri və Cənubi Koreyanın prezidenti ilə görüşündə Şimali Koreyaya qarşı yeni maliyyə sanksiyaları barədə fərman imzaladığını elan edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, onun sözlərinə görə, fərman hər şeydən əvvəl Koreya Xalq Demokratik Respublikasının son dərəcə mühüm gəmiçilik və ticarət şəbəkəsinə qarşı yönəlib.

Tramp bundan əlavə bildirib ki, fərman ölkənin Maliyya Nazirliyinə KXDR ilə biznes aparan və ya ona qarşı ticarətlə bağlı tranzaksiyaların aparılmasını yüngülləşdirən istənilən xarici banka qarşı sanksiya tətbiq etmək səlahiyyəti verir.

"KXDR-in nüvə və raket proqramını maliyyələşdirmək üçün dünya maliyyə sistemindən sui-istifadə etməsinə çox uzun müddət imkan verilib", - deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, başqa ölkələr də üzərilərinə düşəni etməyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm