Ərdoğan və Putin arasında telefon söhbəti oldu
Bizi izləyin

Dünya

Ərdoğan və Putin arasında telefon söhbəti oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon söhbəti olub.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, söhbət zamanı Şimali İraq kürd muxtariyyətinə keçirilən referendumla bağlı fikir mübadiləsi aparılıb.

Dövlət başçıları İraq və Suriyanın ərazi bütövlüyünə tərəfdar olduğunu vurğulayıblar.

Telefon söhbətində həmçinin sentyabrın 28-də Ankarada keçiriləcək görüşdə bütün ikitərəfli və beynəlxalq münasibətlərin müzakirə edilməsi barədə razılaşıblar.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm