Dünya
DƏHŞƏTLİ REALLIQ: hər il 2 milyon ukraynalı dəli olur…
Ukraynada uzun illər hökm sürən siyasi qeyri-stabillik onun sakinlərinin psixi sağlamlığına ciddi təsir etməyə bilmir.
Publika.az bildirir ki, baş verən siyasi qeyri-stabilllik qatı vətənpərvəri belə illərlə isteriyanın daimi pressinqi altında saxlayır.
Bu mənada, insanların eşitdikləri ilə real həyatda yaşadıqları psixi pozğunluqlar şəklində öz meyvələrini yetişdirməkdədir.
Buyurun, Ukraynanın nüfuzlu "Korrespondent" nəşri yazır:
"Ukraynada 1.2 milyon insan - bütün əhalinin 3%-dən çoxu psixi pozğunluqdan əziyyət çəkir. Bu haqda çərşənbə axşamı, 10 oktyabrda, Sosial Siyasət Nazirliyinin mətbuat xidməti məlumat yayıb”.
Qeyd edilir ki, Ukrayna bir neçə ildir Avropada psixi pozğunluqların səviyyəsinə görə, ardıcıl olaraq birinci yeri tutur - demək olar ki, 2 milyon ukraynalı hər il psixiatrik xəstəxanaların pasiyenti olur. Mütəxəssislərin qiymətləndirilmələrinə görə, hər üçüncü ukraynalı müxtəlif əsəb nasazlıqlarından əzab çəkir.
Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarına görə, Ukraynada 2020-ci ilə qədər psixi pozğunluq xəstəlikləri birinci beşliyə daxil olacaq ki, bu mənada hətta ürək-damar xəstəliklərini belə ötəcək.
Zaur H.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq