ABŞ nüvə razılaşmasından çıxmamaq üçün şərtini AÇIQLADI
Bizi izləyin

Dünya

ABŞ nüvə razılaşmasından çıxmamaq üçün şərtini AÇIQLADI

ABŞ İranın nüvə proqramı üzrə yeni razılaşmanın üzərində işə başlamaq istəyir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.

Tillerson həmçinin ABŞ-ın nüvə sazişindən çıxışını istisna etməyib. “Hesab edirik ki, bu sazişi yenidən işləmək lazımdır. Mümkündür ki, biz onu daha yaxşı formaya gətirə bilməyəcəyik. Əgər bunu bacarmasaq, ehtimal ki, sazişdən çıxacağıq”, - dövlət katibi qeyd edib.

Tillerson həmçinin bildirib ki, İranın nüvə proqramı üzrə razılaşmanın yenidən baxılmasına razılaşacağını ağlasığmaz hesab edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm