Poroşenko “yeni müharibə formatı” mesajı verdi
Bizi izləyin

Dünya

Poroşenko “yeni müharibə formatı” mesajı verdi

Poroşenko “yeni müharibə formatı” mesajı verdi

Hazırkı nəticələrə görə, Ukrayna prezident seçkilərində qələbə qazanan Pyotr Poroşenko ölkənin şərqində terrorçuluğa qarşı əməliyyatların dayandırılmasına qarşı çıxıb.

Publika.az - ın unian.net saytına istinadən verdiyi məlumata görə, o, bu barədə seçki qərargahında keçirilən mətbuat konfransında bildirib.

Lakin P.Poroşenko qeyd edib ki, əməliyyatın formatı dəyişdirməlidir: "Mən terrorçuluğa qarşı əməliyyatın dayandırıldığı barədə informasiyalara malik deyiləm. Əməliyyatların davam etdirilməsini dəstəkləyirəm, amma format dəyişdirilməlidir. Əməliyyatlar daha qətiyyətli və effektiv olmalı, Ukrayna əsgərləri daha yaxşı təchiz edilməli və onlar ac olmamalıdır”.

“Ukraynalılar daha ayaqyalın və çılpaq olmayacaq. Bizim birinci qərarımız terrorçuluğa qarşı əməliyyatların formatının dəyişdirilməsi barədə olacaq. Əməliyyat 2-3 ay davam edə bilməz”, - Poroşenko söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm