Dünya
Putin “Hibrid müharibəsinin Allahını” Türkiyəyə göndərdi – HÜCUM BAŞLANIR
Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Maksim
Gerasimov Ankarada səfərdədir.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı
Qüvvələrinin Baş Qərargah idarəsinin açıqlamasında deyilir.
Kulislərdən sızan məlumata görə, Akarla Gerasimovun görüşündə İdlib
əməliyyatı və Afrinin PKK/PYD-dən təmizlənməsi müzakirə olunub.
Digər iddiaya görə, Rusiya ilə Türkiyə Afrin məsələsində razılıq
əldə edib. Razılaşmaya görə, PYD Rusiyanın nəzarəti ilə geri
çəkilir, bundan sonra bölgə türk əsgərlərinin nəzarətinə keçir.
Qeyd edək ki, Qərb mediası Gerasimovu “Hibrid müharibəsinin Allahı”
adlandırır və Rusiyanın bütün hücum planlarının onun tərəfindən
hazırlandığını iddia edir.
Türkiyə ordusu Afrinə hücum üçün son hazırlıqlarını həyata
keçirirlər. Türkiyə mediası iddia edir ki, hücum hazırlığı başa
çatıb və Gerasimovun Ankarada son müzakirələrindən sonra əməliyyat
başlanacaq.
Asif
-
Magazin121:24
Talıb Tale onunla evlənir
-
Magazin221:00
Xalq artisti keçmiş ərini məhkəməyə verdi: ""Donuz" davranışından bezdim" - FOTO
-
Nida Xəbər 20:48
"Bu baş verərsə, doğru qərar olar" - Qüdrət Həsənquliyev
-
İdman20:24
Luninin xanımı “Real”ın ulduzu ilə qol-boyun oldu - FOTO
-
Sosial19:12
İki övladını küçəyə atan ananın üçüncü övladı da ƏLİNDƏN ALINDI
-
Nida Xəbər 18:17
Azərbaycan hərbçilərinin Türkiyədəki təlimindən görüntülər - VİDEO
-
Dünya17:35
İrandan İsrailə mesaj: Nüvə doktrinasını dəyişəcəyik
-
Nida Xəbər 17:15
Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi