AKP-də inanılmaz istefa – Video
Bizi izləyin

Dünya

AKP-də inanılmaz istefa – Video

Hakim partiyanın Şırnak şəhər sədri Məhmət Dəmir, Fətullah Gülənin kitabı ilə çıxdığı mətbuat konfransında istefa verdiyini açıqlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AKP-nin Şırnak şəhər qərargahının sədri Məhmət Dəmir və partiyanın şəhərdəki 40 nəfərlik İdarə Heyəti mətbuat konfransı təşkil edərək istefa verdiklərini açıqlayıblar. Məhmət Dəmirin mətbuat konfransına Fətullah Gülənin “Məfkurə Yolçuluğu” adlı kitabı ilə qatılması diqqət cəlb edib. Dəmir istefa açıqlamasında bunları deyib:

“Biz istənilən şəraitdə millətimizə xəyanət etməyəcəyik. Xüsusilə vurğulamaq istəyirəm ki, millətimizdən başqa heç kimə xidmət etməyəcəyik. Yerimizə gələcək dostlarımıza uğurlar diləyirik. İnşallah görüşəcəyik. Deyəcəyimiz sözlər var”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm