Almaniyada türklərlə kürdlər arasında QARŞIDURMA
Bizi izləyin

Dünya

Almaniyada türklərlə kürdlər arasında QARŞIDURMA

Almaniyada türklərlə kürdlər arasında kütləvi dava baş verib.

180 nəfərin iştirak etdiyi dava Hannover şəhərinin hava limanında qeydə alınıb.

İlkin məlumata görə, qarşıdurmaya səbəb kürdlərin hava limanının B terminalında Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyata qarşı keçirdiyi etiraz aksiyası olub.

Hava limanının əməkdaşları dava iştirakçılarını ayıra bilib.

Məlumatda bildirilir ki, 20 nəfərə qarşı göz yaşardıcı qazdan istifadə olunub. Vəziyyət nəzarət altındadır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm