Sarkisyan cavanlaşmağa 185 min dollar xərclədi - FOTO
Bizi izləyin

Dünya

Sarkisyan cavanlaşmağa 185 min dollar xərclədi - FOTO

Cənubi Koreyada inkişaf edən tibbi turizm Ermənistan rəhbərinin diqqətini cəlb edib. Milli.Az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Chosun.com xəbər saytı məlumat yayıb.

Yanvarın 9-da Sarkisyan polis maşınlarının müşayiəti ilə Seulun Qanqnam rayonundakı Çaum tibb mərkəzinə gəlib. Sarkisyanı kəşfiyyat idarəsinin əməkdaşları da müşaiyət ediblər. Ermənistan prezidenti yanvarın 17-ə qədər həyata keçirilən müalicə üçün 200 milyon Koreya vonu (təxminən 185 min dollar) xərcləyib.

Sayt qeyd edir ki, tibbi turizmin məqsədi insanı cavanlaşdırmaqdır. Bu yaxınlarda futbol üzrə tanınmış baş məşqçi Qus Hiddinq də həmin müəssədə müalicə kursu keçib.

Sayt yazır ki, çinli və kanadalı biznesmenlər, o cümlədən Qazaxıstan, Səudiyyə Ərəbistanı və BƏƏ-nin baş nazirləri də cavanlaşmaq üçün həmin müəssisəni ziyarət ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm