Suriyada vətəndaş müharibəsinin geosiyasəti - Qüvvələr nisbəti necədir?
Bizi izləyin

Dünya

Suriyada vətəndaş müharibəsinin geosiyasəti - Qüvvələr nisbəti necədir?

Amerikanın “Stratfor” nəşri üç il davam edən Suriya vətəndaş müharibəsinə son qoymaq məqsədi ilə keçirilən “Cenevrə-2” konfransı iştirakçıları arasındakı ziddiyyətlərdən, İranın konfransa dəvət olunmamasından və digər məsələlərdən yazıb.

Yanvarın 22-də uzun müddət idi ki, keçirilməsi mümkün olmayan “Cenevrə-2” sülh konfransı başladı. Konfransın ilk günündə tərəflər bir-birinə qarşı hücuma keçdilər, bir-birlərini terrorçu adlandırdılar. ABŞ dövlət katibi Con Kerri də “yeni hökumətdə Bəşər Əsəd olmamalıdır” deməklə Vaşinqtonun mövqeyini konfrans iştirakçılarının yadına yenidən saldı. Eyni mövqeyi Suriya müxalifətini təmsil edən Milli Koalisiya da sərgilədi. Konfransda Suriya rejimini təmsil edən Vəlid Müəllim isə “Suriya xalqından başqa heç kim Bəşər Əsədin legitimliyinə qərar verə bilməz” deməklə müzakirələrin asan keçməyəcəyi mesajını verdi. Əslində, müzakirələrin asan keçməyəcəyi xəbərdarlığını daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov vermişdi.

Amerikanın “Stratfor” nəşri üç il davam edən Suriya vətəndaş müharibəsinə son qoymaq məqsədi ilə keçirilən “Cenevrə-2” konfransı iştirakçıları arasındakı ziddiyyətlərdən, İranın konfransa dəvət olunmamasından və digər məsələlərdən yazıb.

Publika.Az Reva Bhallanın müəllifi olduğu “Suriyada vətəndaş müharibəsinin geosiyasəti” yazısını ixtisarla təqdim edir.

Konfrans Suriyadakı hərbi qarşıdurmanın reallıqlarından çox uzaq olacaq. Onun başlanmasından bir neçə gün əvvəl danışıqları təhlükə altına alan ziddiyyətlər yarandı. BMT İranı konfransa İranı dəvət etsə də Suriya müxalifəti və ABŞ bu dəvətin ləğvinə nail oldular. Danışıqların iştirakçıları haqqında razılaşa bilməmək diplomatik səylər üçün artıq pis əlamətdir.

Suriya prezidenti Bəşər Əsədin silahlı qüvvələri isə müxalif silahlı qruplara qarşı əməliyyatları davam etdirir və yeni əraziləri ələ keçirir. İran və Rusiyanın güclü dəstəyindən istifadə edən rejimin Vaşinqtonun göstərişi ilə hərəkət edən rəqiblərinə güzəşt etmək fikri yoxdur. Bəşər Əsədin tibbi fakültəsində tələbə yoldaşı, Suriya müxalifətinin əvvəlki üzvü, hazırda isə milli barışıq naziri olan Ali Haydar konfrans ərəfəsində fikirlərini bildirib: “Cenevrə-2”dən heç nə gözləməyin. Nə “Cenevrə-2”, nə “Cenevrə-3", nə də də “Cenevrə-10” Suriya böhranını həll etməyəcək. Onun həlli artıq başlanıb, böhran dövlətin hərbi qələbəsi hesabına həll ediləcək”.

Suriya rejimi hesab edir ki, ölkə ərazisinə nəzarət tamamilə bərpa ediləcək və sünnilər tabe olmağa məcbur ediləcək. Lakin Nil vadisindən fərqli olaraq Suriya coğrafiyasında daxili parçalanmanın qarşısını almağa kömək edən təbii bağlayıcı vasitə yoxdur. Suriyanın mürəkkəb coğrafi şəraiti, müxtəlif sektaların mövcudluğu və azlıqların rəngarəng müxtəlifliyi də bu yolda ciddi maneələr yaradır.

Bu həftə İsveçrədə Suriya problemini müzakirə edən tərəflər barışmaz bir həqiqətlə qarşılaşırlar. Hansı ki, bu həqiqətlər antik dövrlərdən regionda hadisələrin gedişatını müəyyən etmiş geosiyasətdən gəlir. Suriyada ziddiyyət ondan ibarətdir ki, ölkəyə nüfuzlu ələvi azlıq rəhbərlik edir. Çətin ki, yaxın gələcəkdə bu dəyişikliklərə məruz qalacaq. ƏIəvi gücləri Dəməşqdə mövqeyini qoruyub saxlayır və şəhərətrafında nəzarəti yavaş-yavaş geri qaytarır. Eyni zamanda “Hizbullah” hərbiləşmiş qruplaşması ələvi hakimiyyətini saxlamağa kömək edir. Eyni zamanda şimal və şərqin uzaq rayonlarında kürd gücləri artan çətinliklərə baxmayaraq, özlərinin muxtar zonasını yaradır. Amma bu vəziyyət ələvi rejimi tamamilə qane edir. Çünki, hazırda kürd separatizminin nəinki Dəməşq, daha çox Türkiyə üçün böyük təhlükəni yaratdığını bilir.

Birləşmiş Ştatlar Suriya böhranı ilə bağlı başıbəlalı sülh konfransına başçılıq edir. Amma ABŞ-ın orada xüsusi marağı yoxdur. Bu regionda Vaşinqtonun əsas marağı İranla danışıqların keçirilməsindən ibarətdir. Nilin vadisində yerləşən Misir öz daxili problemlərində möhkəm batıb. Suriyanın şimalında yerləşən Türkiyədə isə bu gün hakimiyyət üçün açıq və amansız mübarizə gedir. Beləliklə, Səudiyyə Ərəbistanı və İran əsas regional dövlət olaraq qalır. Hansı ki, bu dövlətlər bilavasitə Suriyada vətəndaş müharibəsinin gedişatına təsir edə bilərlər. İran və Rusiya onlara Aralıq dənizinə çıxışı verən ələvi rejimlə münasibətlərin qorunub saxlanmasında maraqlıdırlar.

Döyüş əməliyyatlarının bundan sonra da davam edəcəyi gözlənilir. Dinlərarası qarşıdurmada tərəflərdən biri digəri üzərində qələbə qazana bilmir və hər iki tərəfin regional sponsorları var. İran öz üstünlüklərindən istifadə edərək Səudiyyə Ərəbistanı danışıqlara cəlb etmək üçün çalışacaq. Amma çox güclü əsəbiləşən Səudiyyə Ərəbistanı müqavimət göstərməkdə davam edəcək. Hələ ki, sünni üsyançılarında onları vuruşmağa məcbur edən döyüş ruhu qalır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm