İŞİD lideri yaşlı kişini necə alçaldır? – VİDEO
Bizi izləyin

Dünya

İŞİD lideri yaşlı kişini necə alçaldır? – VİDEO

Terrorçu “İraq Şam İslam Dövləti” (İŞİD) təşkilatının Suriyadakı “əmir”lərindən birinin köməksiz yaşlı insana qarşı qeyri-əxlaqi hərəkətinin yer aldığı video yayılıb.


Publika.az İslamazeri.az-a istinadən verdiyi məlumata görə, görüntülər “Nusra cəbhəsi”nə yaxın olan saytlar tərəfindən verilib.


Video görüntüdə İŞİD-in liderlərindən olan Əbubəkr Misri (Carablus) ayaqlarını bir-birinin üstünə aşıraraq, yaşlı bir şəxsdən İslamla bağlı təməl bilgiləri soruşur. Sualların cavabını bilməyən şəxs isə ölüm təhlükəsindən canını qurtarmaq üçün həmin şəxsə yalvarır və alçaldıcı vəziyyətə salınır.


Əl Misri silah çıxarır və silahını hazır vəziyyətə gətirir.


Videodan ahıl insanın psixoloji durumunda problem olduğu da hiss olunur.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm