Separatçılara qarşı əlavə qüvvələr göndərilir
Bizi izləyin

Dünya

Separatçılara qarşı əlavə qüvvələr göndərilir

Separatçılara qarşı əlavə qüvvələr göndərilir

Ukrayna Milli Qvardiyası dördüncü ehtiyat batalyonunu formalaşdırmağa başlayıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Milli Qvardiya komandirinin birinci müavini, general-mayor Aleksandr Krivenko bildirib.

O, üçüncü batalyonun Milli Qvardiya tədris mərkəzində hazırlığı tamamladığını və antiterror əməliyyatlarının aparıldığı ərazilərdə xidmət etdiyini deyib.

A.Krivenko yeni formalaşdırılan batalyonların yalnız strukturunun dəyişmədiyini, həm də silahlanmada yeniliklərin olduğunu deyib. General-mayor üçüncü batalyonun teplovizorlar və ağır silahlarla təchiz edildiyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm