• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Putin və Obama: Yaxın Şərqdə dəyişən rollar

  • Dünya
  • 25 İyun 2014 12:27
  • 718 Baxış
Putin və Obama: Yaxın Şərqdə dəyişən rollar

Rusiya prezidenti Vladimir Putin İraqda aparıcı rolu ABŞ prezidenti Barak Obamadan ala bilər.

Publika.az-ın verdiyi xəbərə görə, belə bir qənaətə “Panorama” həftəliyində dərc etdirdiyi yazısında siyasi müşahidəçi Luçano Tirinnansi gəlib.

“İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının paytaxt Bağdada hücumunun davam etdiyini yazan müəllif Rusiyanın Nuri əl-Maliki hökumətinə tam dəstəyini ifadə etdiyini qeyd edib.

“Vladimir Putinin bəyanatı prezident Obama üçün gözlənilməz oldu. Putin açıq şəkildə və heç bir şübhə görünmədən ifadə etdi ki, Rusiya İraq ərazisinin terrorçulardan azad olunmasına tam dəstək göstərməyə hazırdır. Son dərəcə aydın bəyanatdır. Moskva Suriyada Əsəd rejimi kimi, İraqda da Maliki hökumətini dəstəkləyir. Rusiya ABŞ-ın dövlət katibinin qərarsızlığından istifadə edə və İraqda təşəbbüsü əsas rəqibinin əlindən ala bilər. Özü də İran və Suriya rejimi ilə birlikdə. Con Kerrinin Bağdad səfəri isə “vəziyyətin düzəldilməsi”nə xidmət edirdi”, - Luçano Tirinnansi qeyd edib.

O, İŞİD-in hazırda İraq şəhərlərinin əhəmiyyətli hissəsinə nəzarət etdiyini xatırladır: “Bu şəhərlərin bir çoxunun strateji əhəmiyyəti var. Söhbət həm neft-qaz yataqlarına, həm də Suriya və İordaniya ilə sərhəd məntəqələrinə nəzarətdən gedir. Bir sözlə, islam dövlətinin yaradılması artıq planlaşdırılıb”.

Yazı müəllifi hesab edir ki, hər halda Kremldə outran rəqib Ağ Evi qorxuya salmalıdır: “Qətiyyətsiz amerikalılardan fərqli olaraq ruslar bu sübut edirlər ki, onlar daha praqmatik və aydın məqsədi olanlardır. Bu isə Moskvanın müttəfiqlərinin xoşuna gəlir”.

“Beynəlxalq məsələlərdə Birləşmiş Ştatların həddən artıq ehtiyatlılığı son zamanlar Vaşinqtonun qeyri-normal hərəkətsizliyində özünü göstərir. Prezident Obama müttəfiqlərin gözündə zəif və etibarsız görünür. Obama bu cür inamsızlıqla rusların əlinə oynaya bilər”, -məqalənin müəllifi sonda qeyd edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR