Rusiya-Ermənistan hərbi əməkdaşlığında növbəti addım
Bizi izləyin

Dünya

Rusiya-Ermənistan hərbi əməkdaşlığında növbəti addım

Rusiya Federasiya Şurası hərbi-texniki əməkdaşlığın inkişafı haqqında Ermənistanla imzalanan müqaviləni təsdiqləyib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə İTAR-TASS xəbər agentliyi yazıb.

Xatırladaq ki, müqavilə 25 iyun 2013-cü il tarixində imzalanmışdı. Müqavilə Rusiya və Ermənistanın milli silahlı qüvvələrinin, hərbi birləşmələrinin, hüquq-mühafizə orqanlarının və xüsusi xidmət orqanlarının təmin edilməsi məqsədilə hərbi təyinatı olan malların qarşılıqlı tədarük qaydalarının müəyyən edilməsidir.

Müqaviləyə əsasən belə malların qarşı tərəfə çatdırılması müvafiq lisenziyalar verilmədən hər iki tərəfin səlahiyyətli təşkilatları arasında bağlanmış kontraktlara əsasən həyata keçirilə bilər.

Ermənistan parlamenti isə müqaviləni ötən ilin sonunda təsdiqləyib.

Rusiya bu vaxtadək analoji müqaviləni yalnız Belarusla imzalayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm