Sərnişin təyyarəsi atəşə tutuldu
Bizi izləyin

Dünya

Sərnişin təyyarəsi atəşə tutuldu

Pakistanın sərnişin təyyarəsinə naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Axar.az xəbər verir ki, hadisə Səudiyyə Ərəbistanından qayıdan 178 nəfərlik sərnişin təyyarəsinin Baça Xan Peşaver hava limanda enməsi zamanı baş verib. Hücuma baxmayaraq, təyyarə enmə əməliyyatını uğurla yerinə yetirib.

Xatırladaq ki, bir həftə bundan əvvəl Pakistan ordusu tərəfindən başladılan hava hücumları nəticəsində paytaxtı Peşaver olan Xeybər Pakthunkva əyalətinin Şimali Vəziristan bölgəsində 300-ə yaxın Taliban döyüşçüsü öldürülmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm