Evini qranatatan kapsulları ilə çəpərlədi
Bizi izləyin

Dünya

Evini qranatatan kapsulları ilə çəpərlədi

Omsk polisi özünü şübhəli aparan iyirmi yaşlı tələbəni saxlayıb. Axtarış zamanı onun avtomobilindən qranatatan aşkar olunub. Lakin sonradan məlum olub ki, bu qranatatan deyil, onun korpusudur.

Publika.az Rusiya saytlarına istinadən xəbər verir ki, bundan sonra tələbə polis şöbəsinə aparılıb. O, silahın korpusunu haradan alması barədə sorğu-sual edilib. Məlum olub ki, oğlan silahı Svetloye qəsəbəsindəki tanışından alıb. Həmin qəsəbə ordunun təlim keçirdiyi poliqona yaxındır və tanışı əsgərlərin istifadə etdiyi birdəfəlik RPQ-26 tipli qranatatanların korpusunu suvenir kimi toplayır.

Polislər tələbənin ifadəsini yoxlamaq üçün Svetloye qəsəbəsinə gəldikdə gözlərinə inanmayıblar. Tələbənin adını çəkdiyi “tanış” nəinki silah korpuslarını toplayıb, hətta o, evinin çəpərini belə boş qranatatan kapsullarından hazırlayıb.

Polis gənclərlə profilaktik söhbət apararaq onlardan poliqona bir daha getməyəcəkləri barədə iltizam alıb. Bundan sonra gənclər sərbəst buraxılıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm