Kərbəlada toqquşma: 25 ölü
Bizi izləyin

Dünya

Kərbəlada toqquşma: 25 ölü

İraqın Kərbəla şəhərində dünən gecə başlayan qarşıdurmalar nəticəsində 25 adam həyatını itirib. Şiə alim Şərqi əl-Həsəni tərəfdarları ilə İraq polisi arasında meydana gələn qarşıdurma Həzrət Hüseynin türbəsi yaxınlığında gerçəkləşdirilməsi planlaşdırılan bir aksiya səbəbi ilə ortaya çıxıb.

Publika.az-ın “Əl Cezirə”yə istinadən məlumatına görə, polisin aksiyaya icazə verməməsi kəskin narazılığa və ciddi qarşıdurmaya səbəb olub. Polislə əl-Həsəni tərəfdarları arasında yaşanan qarşıdurma sonda qanlı faciəyə çevrilib. Asayiş keşikçiləri ilə etirazçılar arasında baş verən şiddətli toqquşma zamanı həlak olanların neçəsinin hansı tərəfdən olduğu dəqiq bilinmir. Qarşıdurmanı aradan qaldırmaq üçün hökumət qüvvələri akisyaya vertalyotlarla havadan müdaxilə etmək məcburiyyətində qalıb.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm