İŞİD-in çeçen komandanı
Bizi izləyin

Dünya

İŞİD-in çeçen komandanı

"Suriyada və İraqda vuruşan gənc çeçen sürətlə İraq və Suriya İslam dövləti təşkilatının ulduzuna çevrilir".

Publika.az-ın məlumatına görə, bu haqda Washington Post qəzeti yazır.

Bu təşkilatın lideri al-Bagdadi kölgədə qalmağı xoşladığı və hətta şəklinin çəkilməsini istəmədiyi vaxt, İSİD-in yayılan videolarında Omar al-Shishani təşkilatın siması olub.

28 yaşlı Al-Shishani Suriyada hərbi komandanlardan biri olub. İndi isə onun İSİD-də baş hərbi komandan ola biləcəyi ehtimal olunur. Bu vəzifəni tutan Abu Abdul-Rahman al-Bilavi iyun ayında Mosul döyüşlərində öldürülüb.

Qəzet yazır ki, Suriyada vuruşan xarici yaraqlıların sayı 10 mindir. Bunlar arasında çeçenlər ən yaxşı döyüşçülər sayılır.

Brooking Doha Mərkəzindən olan ekspert Charles Lister hesab edir ki, İSİD-in İraqdakı və Suriyadakı hərbi əməliyyatları gündəlik uğurlardan asılı olduqca al-Shishani kimi şəxslərin baş hərbi komandana çevrilmək şansı böyükdür.

Al-Shinaninin əsil adı Tarkhan Batiraşvilidir. O, Gürcüstandan olan çeçendir. O, Pankisi regionundandır. Batiraşvili 2010-cu ildə Türkiyəyə gedib və 2013-cü ildə Suriyada peyda olub. Yaraqlılar arasında ləqəbi “çeçen Ömərdir”. Onun başçılıq etdiyi qrupun adı isə “Mühacirlər və Partizanlar Ordusudur”

Bu qrupda əksəriyyət keçmiş SSRİ-dən olanlardır. Yaraqlılar qruplarının İslam Cəbhəsi koalisiyasının sözçüsü Hussein Nasser deyir: “Çeçenlər gəliblər və onların bu ölkə haqda heç bir ideyası yoxdur. Başçı nə desə, onu edirlər. Hətta, əmir desə ki, uşaqları öldürün, onlar uşaqları da öldürəcəklər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm