Sərkisyanın ümidi “Sabun operası”na qalıb
Bizi izləyin

Dünya

Sərkisyanın ümidi “Sabun operası”na qalıb

Ermənistan prezidenti Serj Sərkisyan bu gün Cənubi Amerikaya regional səfərə başlayacaq. ANS PRESS-in məlumatına görə bu barədə prezidentin mətbuat xidməti xəbər yayıb. Xəbərə görə Sərkisyan 6-8 iyulda Argentinaya, 8-10 iyulda Uruqvaya, 10-12 iyulda isə Çiliyə səfər edəcək.

Sərkisyan bu ölkələrin ali idarəetmə başçıları ilə görüşü gözlənilir. Görüşlər zamanı iki tərəfli əlaqələrin gücləndirilməsi üzərində danışıqlar gözlənilir. Səfər zamanı Sərkisyan olduğu ölkələrin erməni icması ilə də görüşlər keçirəcək.

Qeyd edək ki, mövcud olduğu bölgədə Rusiyanın “vassalı” kimi tanınan və iqtisadiyyatının böyük faizinin RF şirkətləri nəzdində olan Ermənistan, qonşu ölkələrə də torpaq iddiası etdiyindən mənfi reytinqə sahibdir. Bundan əlavə iqtisadiyyatı yalnız xarici yardım hesabına saxlanılan Ermənistanın uzaq Latın Amerikası ölkələri ilə ciddi iqtisadi sazişlərin imzalanması gözlənilmir. Səfərdən sonra erməni vətəndaşlarının hökümətin bərbad yürütdüyü xarici siyasətdən xəbərləri olmaması və başllarının qatılması üçün ölkədə Latın Amerikası istehsalı olan “sabun opera”larının çoxalacağı gözlənilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm