Astanada Azərbaycan məhəlləsi olacaq
Bizi izləyin

Dünya

Astanada Azərbaycan məhəlləsi olacaq

Azərbaycanın tikinti şirkəti Qazaxıstanın paytaxtı Astana şəhərində "Azərbaycan məhəlləsi" adlı yaşayış kompleksinin inşasını planlaşdırır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Qazaxıstan xarici işlər nazirinin birinci müavini Rapil Joşıbayev bildirib.

O, qeyd edib ki, həmin layihə bu yaxınlarda şəhər meriyasında müzakirə edilib.

Kompleks Azərbaycan koloritli bir neçə yaşayış binasından ibarət olacaq.

R.Joşıbayevin sözlərinə görə, ümumilikdə Azərbaycan şirkətləri, o cümlədən tikinti şirkətləri Qazaxıstanda çox fəal çalışır və bir sıra iri layihələr reallaşdırırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm