Ermənilərin son ümidi öldü
Bizi izləyin

Dünya

Ermənilərin son ümidi öldü

Ermənistanı Avrasiya İttifaqına cəlb etmək üçün əsas şirnikləyici ümidlərdən biri Abxaziya dəmir yolunun bərpası ilə bağlıdır. Lakin Suxumidə baş verən son olaylardan sonra bu ümid həmişəlik dəfn edilib.

ANS PRESS-in məlumatına görə, bu barədə erməni şərhçi Naira Ayrumyan bu gün yazdığı məqaləsində bildirir. Onun sözlərinə görə, bir neçə gün öncə Abxaziya parlamentinin erməni əsilli deputatları Abxaziyadan Gürcüstana keçən dəmir yolu əlaqəsini bərpa etməyə çağırıblar. Bu, parlamentdə kəskin müzakirələrə səbəb olub. Abxaz deputatlar bildiriblər ki, dəmir yolunun bərpası mümkün deyil, çünki Gürcüstan Abxaziyanın müstəqilliyini tanımır. Abxaz deputatlar erməniləri hədələyiblər ki, bir də bu cür bəyanatlarla çıxış etməsinlər.

Məqalə müəllifinin fikrincə, Ermənistanın Gürcüstana olan ümidləri də puça çıxıb. Çünki Gürcüstan bəyan edib ki, Ermənistanla indiki azad ticarət rejimi yalnız onun Avrasiya İttifaqına daxil olmasına qədərdir. Ermənistan Avrasiya İttifaqına daxil olandan sonra Gürcüstan rejimi dəyişməli olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm