“Ərəblərə ölüm”: Ölü sayı 172-yə çatdı
Bizi izləyin

Dünya

“Ərəblərə ölüm”: Ölü sayı 172-yə çatdı

İsrailin Qəzzaya etdiyi qanlı hücum nəticəsində ölənlərin sayı hər dəqiqə artır.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İsrailin keçən həftə başladığı hücumlarda ölənlərin sayı 172-yə çatıb, 1267 nəfər isə yaralanıb.

Minlərlə fələstinli göydən yağan raketlərdən xilas olmaq üçün evlərindən qaçırlar. Ölənlərdən 16-nın qadın, 33-nün isə uşaq olduğu bildirilir. İndiyə qədər 560 evin tamamilə, 12 min 800-nün isə qismən dağılması hücumun miqyasını açıq şəkildə göstərir.

Qəzzadakı insanların evlərini dağıdan raketləri sərhəddən izləyən israillilər isə fələstinlilərə qarşı nifrətini gizlətmir. Rina şəhərindəki bəzi israillilərin divarlara yəhudi simvolları çəkdiyi və “ərəblərə ölüm” sözləri yazdığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm