İsrail Misirin atəşkəs təklifini qəbul etdi
Bizi izləyin

Dünya

İsrail Misirin atəşkəs təklifini qəbul etdi

İsrail hökuməti Misirin atəşkəs təklifini qəbul edib. Atəşkəsi qəbul etməyəcəyini açıqlayan Həmas isə hərtərəfli bir müqavilə istəyir.

Publika.az xəbər verir ki, Misir Qəzza zolağındakı toqquşmalar davam etdiyi üçün bir təklif irəli sürüb. Təklifdə qeyd olunur ki, İsrail və Həmas bu gün yerli vaxtla saat 09:00-dan etibarən atəşkəs elan etməlidir.

İsrail hökuməti Misirin atəşkəs təklifini qəbul etdiyini açıqlayıb. Rəsmi Qahirə bu atəşkəslə havadan, dənizdən və qurudan həyata keçirilən bombardmanın qarşısını almağı hədəfləyir. Atəşkəs həmçinin sərhəd məntəqələrini açıb mülki şəxslərin təhlükəsiz giriş-çıxışını təmin edəcək.

Məsələ ilə əlaqədar Həmasın silahlı qolu olan Kassam Tuqayları açıqlamalarında: “Mətbuatda gördüyümüz atəşkəs xəbərləri məsələsində heç kim bizə rəsmi və ya qeyri-rəsmi bir təklif irəli sürməyib. Amma təklif doğrudursa, bu, diz çökmək və təslim olmaq mənası verir ki, biz bunu qətiyyən qəbul etmirik”, - deyib.

Həmas sözçüsü Fevzi Barxum: “Hərtərəfli razılıq əldə edilməsə, atəşkəsi rədd edirik. Müharibəni vaxtından əvvəl bitirib sonra da müzakirə etməzlər”, - deyib.

Həmas olaraq atəşkəs mövzusunda heç bir rəsmi təklif almadıqlarını deyən Barxum qeyd edib: “Dirəniş silahları qırmızı xəttimizdir”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm