• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ukrayna-Rusiya sərhədində təyyarə vuruldu: 295 ölü (Yenilənib)

  • Dünya
  • 17 İyul 2014 22:02
  • 1 263 Baxış
Ukrayna-Rusiya sərhədində təyyarə vuruldu: 295 ölü (Yenilənib)

Ukraynada qəzaya düşən sərnişin təyyarəsi "Buk" kompleksi ilə vurulub.

Publika.az-ın məlumatına görə, bu haqda informasiyanı Ukrayna daxili işlər nazirinin məsləhətcisi Anton Qeraşenko Facebook səhifəsində yazıb.

Onun sözlərinə gorə, Amsterdam - Kuala-Lumpur reysini yerinə yetirən təyyarə Torez yaşayış məntəqəsi üzərində, Donetsk vilayətinin, Şaxtyorsk rayonunun, Qrabovo kəndi yaxınlığında "Buk" zenit raket kompleksi ilə vurulub.

Qəza zamanı 280 sərnişin və 15 ekipaj üzvünün öldüyü bildirilir.

Qeyd edək ki, təyyarənin qəzaya düşməsini Malayziya hava limanının rəsmisi Böyük Britaniyanın Sky News telekanalına müsahibəsi zamanı təsdiq edib.

Xatırladaq ki, təyyarənin düşdüyü ərazi hazırda "Donetsk Xalq Respublikası" tərəfindən idarə edilir.

20:48

Ukraynanın Rusiya sərhədinə yaxın ərazisində Boeing-777 sərnişin təyyarəsi qəzaya düşüb.

Publika.az-ın məlumatına görə, "Malayziya hava yolları" şirkətinə məxsus təyyarə Amsterdam - Kuala-Lumpur reysini yerinə yetirirdi.

"Rusiya Federasiyasının hava ərazisinə daxil olmağa 50 kilometr qalmış təyyarədə problemlər yaranıb və o, enməyə başlayıb. Nəticədə onu Ukrayna ərazisində yanan halda aşkar ediblər", - aviasiya dairələrindən mənbə bildirib.

Məlumata görə, təyyarənin içində 280 sərnişin və 15 ekipaj üzvü olub.

Rusiya sərhədini layner yerli vaxtla təxminən 17:25-də keçməli idi. Mənbə əlavə edib ki, təyyarə Donetskdən 80 kilometr aralı Snejniy yaşayış massivinə düşüb.

Ukrayna daxili işlər nazirliyindən verilən məlumata görə, təyyarə ekipajla birlikdə olan 295 nəfərdən sağ qalan olmayıb. Təyyarənin 10 min metr yüksəklikdə vurularaq düşürüldüyü bildirilir.

Qeyd edək ki, Boing 777 təyyarəsi Amsterdamdan Kuala Lumpura uçurdu.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR