Dünya
Kremldən Ərdoğana xəbərdarlıq: "Qarışıqlıq yaradırsınız"
Ukraynada qarşıdurmaların yaşandığı şərq bölgəsində Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulması və 298 nəfərin həyatını itirməsi ilə bağlı müzakirələr davam edir.
Axar.az xəbər verir ki, Ukrayna, ABŞ və Qərb ölkələri Rusiya tərəfdarı separatçıların təyyarəni vurduğunu bəyan edir. Həmçinin Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan da təyyarənin Rusiyanın silahı ilə vurulduğunu iddia edib.
Rusiya Xarici İşlər Nazirliyi isə araşdırmalar nəticələnmədən Rusiyanı günahlandıranlara əks reaksiya verib. XİN-in açıqlamasında Rusiyanın şəffaf və obyektiv araşdırma tələb edən ilk ölkə olduğu vurğulanıb və araşdırmaların aparılması istiqamətində Beynəlxalq Aviasiya Təşkilatı, Ukrayna, Malayziya və Rusiya səlahiyyətlilərinin iştirakı tələb edilib.
Ərdoğanın açıqlamalarına dolayısı ilə münasibət bildirən rəsmi Moskva xarici ölkə nümayəndələrinin sübutsuz şərhlərinin çaxnaşma yaradacağı barədə xəbərdarlıq edib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR