Yanukoviçin rəqibi “alman malı” çıxdı
Bizi izləyin

Dünya

Yanukoviçin rəqibi “alman malı” çıxdı

Türkiyə nəşri həmçinin V.Kliçkonun bir neçə ay əvvəl Almaniya baş nazirinə “Yanukoviçi devirməliyik. Daha sonra ölkə rəhbərliyinə iddialıyım. Yeni postumda Almaniyanın tələbləri mənim üçün prioritet olacaq” dediyini bildirib. Partiya səlahiyyətliləri bu i

Ukraynanın UDAR Partiyasının lideri Vitali Kliçkonun Almaniya pasportu gündəmdə şok effekti yaradıb.Publika.Az –ın Türkiyənin “Takvim” qəzetinə istinadən verdiyi məlumata görə, müxalifət liderinin Almaniya baş naziri Angela Merkelə “Hakimiyyəti ələ keçirsəm, Almaniyanın sözündən çıxmaram” dediyi iddia olunur.

Xəbərdə ABŞ-ın yəhudi əsilli milyarderi Corc Soros və Almaniya başda olmaqla bütün Avropa İttifaqı üzvü olan ölkələrin dəstəklədiyi qiyamın ilk qələbəsini əldə etdiyi bildirilir.

“Baş nazir Nikolay Azarov prezident Viktor Yanukoviçə istefa ərizəsini təqdim etdi. Ancaq müxalifət bunun kifayət etməyini açıqlayıb. UDAR Partiyasının lideri Vitali Kliçko rəhbərliyi ələ keçirmək istədiklərini söylədi. Ancaq bu açıqlamadan bir neçə saat sonra Kliçkonun Almaniya pasportu ortaya çıxdı. Daha əvvəllər Almaniya vətəndaşı olduğunu qəbul edən, ancaq partiya lideri olduqdan sonra bundan imtina etdiyini ifadə edən Kliçkonun yalan danışdığı üzə çıxdı”, - qəzet yazır.

Türkiyə nəşri həmçinin V.Kliçkonun bir neçə ay əvvəl Almaniya baş nazirinə “Yanukoviçi devirməliyik. Daha sonra ölkə rəhbərliyinə iddialıyım. Yeni postumda Almaniyanın tələbləri mənim üçün prioritet olacaq” dediyini bildirib. Partiya səlahiyyətliləri bu iddiaları təkzib etsə də, pasportla əlaqədar şərh verməyiblər.

Xatırladaq ki, sözügedən nəşr Ukrayndakı etirazların arxasında Corc Sorosun durduğunu iddia etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm