
Ukrayna ordusu Torez və Şaxtyorsk şəhərlərini separatçılardan təmizləyib.
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdəki istifadəçilər məlumat yayıblar.
“Bizim uşaqlar artıq Torezdədirlər. Tanklar şəhərin mərkəzindədir, havadan isə aviasiya işləyir. Şaxtyorskda isə tək-tük atışma səsləri eşidilir. Separatçıların qalıqları təmizlənir”, - deyə Şaxtyorskdan olan istifadəçi yazıb.