Türkiyədə "Əl-Qaidə"nin 3 bazası var
Bizi izləyin

Dünya

Türkiyədə "Əl-Qaidə"nin 3 bazası var

İsrailli generaldan Türkiyəyə qarşı şok “Əl-Qaidə” ittihamı

İsrailli bir general Türkiyə ilə bağlı bomba effekti yaradacaq bir iddia səsləndirib.

Publika.Az –ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İsrail ordusunda hərbi kəşfiyyatdan məsul olan general Aviv Koçavi “Əl-Qaidə”nin üç bazasının olduğunu bildirib.

O, bunu Təl-Əvivdə təşkil edilən təhlükəsizlik konfransında bir xəritə üzərində göstərib. Suriyaya döyüşməyə gedən “Əl-Qaidə”çilərin orada qalmadığını və NATO üzvü olan Türkiyə üzərindən Avropaya keçə biləcəyini söyləyib.

Fransanın “Röyters” xəbər agentliyi isə xəritəyə istinad edərək bu bazaların Karaman, Osmaniyə və Şanlıurfada olduğunu bildirib. Bu bazalarda 100-ə qədər “Əl-Qaidə” döyüşçüsünün olduğu bildirilir.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic iddiaları rədd edib. T.Bilgic Türkiyənin keçmişdə “Əl-Qaidə” terror təşkilatının hücumlarına məruz qalan bir ölkə olduğunu və hələ də təhdid edildiyini ifadə edib.

“Türkiyə Suriyadakı vəziyyətdən faydalanan bu qruplara qarşı mübarizə aparmaq üçün beynəlxalq səviyyədə əməkdaşlıq edir. Türkiyə həmçinin BMT Təhlükəsizlik Şurasının qərarları çərçivəsində “Əl-Qaidə” və digər terroçu qruplarla bağlı öhdəliklərini həssaslıqla yerinə yetirir”, - Nazirliyin sözçüsü deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm