Ermənistan 6 ayda 112 min nəfər azaldı
Bizi izləyin

Dünya

Ermənistan 6 ayda 112 min nəfər azaldı

Ermənistandan 2014-cü ilin ilk altı ayında 112 min insan mühacirət edib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə erməni qəzeti “Joxovurd” Ermənistan Milli Statistika Xidmətinə istinad edərək yazıb.

Qəzetin yazdığına görə, Ermənistandan cari ilin ilk yarımilliyində 693 min 362 vətəndaş çıxıb. Ölkəyə isə onlardan 580 min 548 nəfəri qayıdıb.

“Sərhəd-buraxılış məntəqələrinin məlumatlarını təhlil edəndə Ermənistan vətəndaşlarının emiqrasiyası daha aydın şəkildə məlum olur. Bu ilin ilk yarımilliyində İrəvan şəhər hava limanında mənfi saldos 63 min 2 nəfər təşkil edib. Bu rəqəm Şırak aeroportunda 2 min 935, Baqrataşena aeroportunda 40 minlər 899, Bavrı aeroportunda isə 4 minlər 959 nəfərdir. Nəzərə alaq ki, 2014-cü ilin əvvəlindən Rusiya Federasiyası miqrasiya qanunvericiliyini sərtləşdirib. Ermənistan vətəndaşlarının xeyli hissəsi sərhəddən geri göndərilib. Amma buna baxmayaraq, mühacirət edənlərin sayı heç vaxt 100 mindən az olmur”, - “Joxovurd” qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm