Aramsız yağışlar daşqınlara səbəb oldu
Bizi izləyin

Dünya

Aramsız yağışlar daşqınlara səbəb oldu

Avropanın cənub hissəsində pis hava şəraiti hökm sürür. Ötən gün İtaliyada yağan aramsız yağışlar daşqınlara səbəb olub.

Təbii fəlakət nəticəsində azı 4 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Refrontolo şəhərində bəzi bölgələri gözlənilmədən sel basıb.

Şahidlərin sözlərinə görə, insanlar selə qapılmamaq üçün ağaclara tutunublar. Bir neçə nəfər isə, xilas ola bilməyib.

Azı 5 nəfər itkin hesab edilir. Daşqın suları şəhərdə çoxlu sayda dağıntılar törədib. Suyun hündürlüyü bəzi bölgələrdə 1 metrə qədər çatıb.

Elektrik şəbəkələrinə dəyən ziyan şəhəri enerjisiz qoyub. Mer Luka Zaya şəhərdə fövqəladə vəziyyət elan edib.

Təhlükəsizlik qüvvələri dağınıtların aradan qaldırılması üçün fəaliyyətə başlayıblar. /Associated Press/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm