“Moskvalı” baş nazir postundan getdi
Bizi izləyin

Dünya

“Moskvalı” baş nazir postundan getdi

Separatçı “Donetsk Xalq Respublikası”nın “baş naziri” Aleksandr Boroday postu tərk edir.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinı istinadən verdiyi məlumata görə, bu barədə onun özü bildirib.
A.Boroday yeni “baş nazir” Aleksandr Zaxarçenko olacağını deyib. “Ötən günlər ərzində çox şey edə bildik. Donetsk Xalq Respublikası quruldu. İndi öz yerimi nüfuzlu səhra komandiri, dostum Aleksandr Zaxarçenkoya təhvil verirəm”, - Boroday mətbuat konfransında deyib.

O, həmçinin bildirib ki, “DXR”yə rəhbərliyi özü kimi “moskvalı” deyil, Zaxarçenko kimi Donetsk sakini etməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm