.jpg)
Humanitar yardım aparan yük maşınları gecə saatlarından etibarən Moskvadan Rusiyanın cənub-qərb sərhədlərinə doğru hərəkət edib.
Axar.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
“Maşın karvanı Şərqi Ukrayna sakinlərinə moskvalılar tərəfindən göndərilmiş təxminən 2 min ton humanitar yardım aparır”, - deyə məlumatda bildirilib.
Humanitar yardım karvanı 280 “KamAZ”dan ibarətdir. Yardımların əksəriyyətini dənli bitkilər, şəkər, uşaq yeməkləri, tibbi ləvazimat və dərmanlar, 12 min yataq kisələri təşkil edir.