“Afrikadakı Ukrayna helikopterləri və ekipajları vətənə qayıtsın”
Bizi izləyin

Dünya

“Afrikadakı Ukrayna helikopterləri və ekipajları vətənə qayıtsın”

Ukrayna Radasının deputatı Anatoli Qriçenko ordunun döyüş gücünü artırmaqla bağlı təkliflə çıxış edib.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, deputat ukraynalı sülhməramlıların Afrikadan geri çağırılmasını istəyir: “İlk olaraq Konqo və Liberiyada xidmət çəkən 7 döyüş və 10 nəqliyyat helikopteri və onların ekipajları vətənə qayıtmalıdır. Bu pilotların uçuş stajları çoxdur”.

Ümumilikdə Ukraynanın Afrikada, Kosovada və digər qaynar nöqtələrdə 47 helikopteri var.

Qriçenko hesab edir ki, müharibə fors-major vəziyyəti sayılır və belə olan halda həmin qüvvələr Ukraynaya qayıdıb antiterror əməliyyatlarında iştirak etməlidir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm